Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə iyunun 11-də saat 17 radələrində baş verib.
Tovuzun Qovlar şəhəri ərazisində Əyyublu kənd sakini N.Abbasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Yanıqlı kənd sakini Vəfa Əsgərovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man