Afətin “Gelandewagen”ini soyu müğənnini 1000 manat ziyana saldılar - VİDEO

Maraqlı 12 İyun 2020 | 01:08
OXUNUB: 1233

Dahi şairimiz İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı qoşub, oxuyan müğənni Afət Fərmanqızının lüks avtomobilini soyublar.

Oxu.Az xəbər verir ki, bunu sənətçi “Bu şəhərdə” yumor komandası ilə “Instagram”da canlı yayımda söhbət edərkən deyib.

Hadisənin iki gün öncə Sumqayıtda baş verdiyini bildirən A.Fərmanqızı tanımadığı şəxslər tərəfindən “Gelandewagen” markalı avtomobilinin qapısının sındırıldığını söyləyib:

“Dostlarıma həmişə deyirəm ki, maşında çanta qoymayın. Buna görə maşının şüşələrini sındırırlar. Amma özüm bu dediklərimə əməl etmədim. Sumqayıtda bir açılışa getmişdim. Çantanı qoydum maşının salonuna, düşündüm ki, tez reklam edib qayıdacağam. Məkanda olmağım 40 dəqiqə çəkdi. Avtomobilə əyləşəndə qapı qəribə gəldi. Düşündüm ki, istidən olub. Yol gedəndə qapı qəfildən açıldı, əlimlə tutdum. Yaxşı ki, yolda maşın yox idi, yoxsa qapını aparardı. Heç nə götürə bilməyiblər, amma 1 000 manat ziyana düşdüm. Polisə şikayət etmişəm, hələ xəbər yoxdur”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man