İtaliyada koronavirus pandemiyasının böyük ziyan vurduğu daşınmaz əmlak bazarını canlandırmaq üçün maraqlı qərar verilib.
Ölkənin cənubundakı Kalabriya vilayətinin Çinkuefrondi qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılıb.
Qəsəbənin canlandırılması ilə bağlı bu plan “Gözəllik əməliyyatı” adını alıb.
Evləri almaq istəyən şəxslərə yalnız bir tələb irəli sürülür. Belə ki, onlar alınan evi 3 il ərzində təmir etdirməlidir.
Xatırladaq ki, bu ilin yanvarında İtaliyanın Kampaniya vilayətinin Bizaçça qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılmışdı. (Trend)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man