Bakının Abşeron rayonu ərazisində avtomobil oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbə sakini A.Hüseynovun “Mercedes” markalı avtomobili qaçırılıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları avtomobil qaçıran şəxslərə qarşı əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də avtomobili qaçırmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri T.Almazov və əvvəllər məhkum olunmuş Y.Nəcəfov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man