İsmayıllıda avtoqəza olub,3 nəfər xəsarət alıb

Yol qəzaları 11 İyun 2020 | 13:03
OXUNUB: 1010

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə Muğanlı-İsmayıllı-Qəbələ yolunda "VAZ 2107" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Qalacıq kənd sakinləri, 1972-ci il təvəllüdlü Babayev İdris Salam oğlu, 1962-ci il təvəllüdlü Babayev Şəmsəddin Nəcməddin oğlu və 2012-ci il təvəllüdlü Şıxıyev Sahil Ramil oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İdris Babayevin vəziyyəti ağır olduğu üçün sonradan Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man