Xaçmazda idarəetmədən çıxan avtomobil ağaca çırpıldı - VİDEO

Yol qəzaları 11 İyun 2020 | 09:49
OXUNUB: 935

Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir  ki, qəza magistral yolun Xaçmazın Çarxı kəndindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobilin sürücüsü hərəkətdə olarkən qəfil idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man