Çexiyada reys avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Praqadan 37 kilometr qərbdə Slan şəhərində qeydə alınıb. Bu barədə polis rəsmisi Petra Effenberqer məlumat verib.
Məlumata görə, hərəkətdə olan reys avtobusu naməlum səbəblərdən, sürücünün idarəetməsindən çıxaraq avtovağzal ərazindəki dayanacağa çırpılıb. Qəza nəticəsində 1-i körpə olmaqla, 3 nəfər xəsarət alıb.
Yaralılar tibbi vertolyotla xəstəxanaya çatdırılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man