“Bakı Metropoliteni” rəsmisi: “İntervalın aşağı salınması mümkün deyil” - FOTO

Yeniliklər 08 İyun 2020 | 16:22
OXUNUB: 1142

Pandemiya ilə əlaqədar ölkə ərazisində ictimai nəqliyyatda kifayət qədər sıxlıq müşahidə edilir. Mövcud vəziyyətin aradan qaldırılması istiqamətində karantin rejimi çərçivəsində kifayət qədər tədbirlər görülüb. Buna baxmayaraq, sərnişin avtobuslarında, metroda sərnişin sıxlığı hələ də davam edir.

Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC daha dörd yeni qatar aldığına dair məlumat yayıb.

Bildirilib ki, “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin “Mıtışşi” vaqonqayırma zavodunda “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında istehsal olunmuş, innovasiyalar baxımından ən müasir - dördüncü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarət dörd yeni qatar Bakıya gətirilib.

Bu qatarlar Bakı metrosunda sərnişin sıxlığının azalmasına kömək edəcək?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli cavablandırıb. O bildirib ki, Bakı metrosunda bir aya dörd qatar yenisi ilə əvəz olunacaq:

“Bakı Metropoliteni”nin perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub. “Bakı Metropoliteni” QSC-nin təsis edildiyi altı il ərzində bu istiqamətdə atılan addımların nəticəsi kimi, bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir.

Gətirilən yeni qatarların sazlanma prosesi aparılacaq. Daha sonra sınaq mərhələsi nəzərdə tutulub. İstismar müddətini sona vurmuş dörd qatar xətdən çıxarılana qədər yenilər istismara hazır hala gətiriləcək. Yaxın bir ay ərzində dörd qatarın dəyişdirilməsi gözlənilir”.

Sərnişin sıxlığına qatarların intervalının çox olması səbəb ola bilər?

Bununla bağlı məsələyə toxunan qurum rəsmisi mövcud vəziyyətdə qatarların minimum intervalla hərəkət etdiyini deyib:

“Hazırda qatarlar ən optimal intervalda çalışır. İntervalın aşağı salınması mümkün deyil. Çünki alınan yeni qatarlardan əlavə, “Bakı Metropoliten” QSC-nin kifayət qədər ehtiyat qatarları var.

Gücləndirilmiş iş rejimində çalışdığımız üçün ehtiyat qatarlar tam hazır vəziyyətdə saxlanılır. Pandemiya ilə əlaqədar olaraq sərnişinlər arasında sosial məsafənin qorunması üçün zəruri olan bütün tədbirlər görülür.

Hazırda qatarlar iki dəqiqəlik intervalla hərəkət edir. Bu gün texniki cəhətdən mümkün olan budur”.

 

A

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man