Bakı bulvarında İLK: Yeni qurğular yerləşdirildi - FOTO

Yeniliklər 08 İyun 2020 | 15:44
OXUNUB: 1626

Bakı bulvarında daha uzaq məsafəni seyr etmək üçün 4 yeni müşahidə qurğusu quraşdırılıb. Qurğular yeni açılan "Dəniz Mall" Ticvarət Mərkəzinin ərazisində yerləşdirilib.

Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, Ticarət mərkəzindən verilən məlumata görə, müşahidə binoklları təqribən iki ay pulsuz işləyəcək:

"Dünya praktikasına baxsaq, görərik ki, bu qurğulardan istifadə bütün ölkələrdə pulludur. Ancaq ticarət mərkəzinin yeni açıldığını nəzərə alaraq biz onları bir müddət pulsuz etmişik. Hazırda binokllardan istifadə qiyməti müzakirə olunur. Dəqiq qiymət bu yaxınlarda müəyyənləşəcək".

Xatırladaq ki, "Dəniz Mall" iyunun birindən fəaliyyətə başlayıb. Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən "Mall" Azərbaycanda ən böyük ticarət mərkəzidir. Sahəsi 120 min kvadratmetr olan obyektdə əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. Özündə bir çox dünya brendlərini birləşdirən "Mall" 5 mərtəbədən ibarətdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man