Rusiyanın Sankt-Peterburq şəhərində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 7-də “Vvedenskaya” və “Bolşoy” prospektlərinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi “Volkswagen Polo” markalı avtomobillə, yol hərəkəti qaydalarına riayət etməyərək sola dönmək istəyərkən, qarşıdan sürətlə gələn, 43 yaşlı sürücünün idarə etdiyi “Ferrari” ilə toqquşub. Zərbənin təsirindən hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində “Volkswagen”in 65 yaşlı sürücüsü dünyasını dəyişib, onun qadın sərnişini ilə “Ferrari”nin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar, hadisə yerinə çağırılan “təcili tibbi yardım”ın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man