Rusiya ilə hava sərhəddi bu tarixdə açılacaq

Yeniliklər 08 İyun 2020 | 13:19
OXUNUB: 1645

Rusiya iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.

Avstosfer.az-ın Trend-ə istinadət verdiyi məlumata görə bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası bildirib.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbi ilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man