Neftçalada yaranmış içməli su problemi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər həyata keçirilir. Artıq bir neçə gündür ki, rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın nəzarəti ilə "Azərsu" tərəfindən ayrılmış maşınlar vasitəsilə əhaliyə çatdırılır.
Vətəndaşlardan biri tərəfindən Avtosfer.az-a göndərilən videoda isə maraqlı anlar qeydə alınıb. Belə ki, ərazidə xidmət aparan polis əməkdaşları insanlara su daşımaqda yardım edir. Xüsusilə yaşlı insanlar çətinlik çəkdiyi üçün polislər onlara daha çox diqqət göstərir. Polisin bu addımı vətəndşlar tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan polisinin bu qürurverci hərəkəti hər zaman vətəndaşların yanında olduğunun bariz nümunəsidir.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man