Sərtləşdirilmiş karantin rejiminin ikinci günündə maraqlı hadisə yaşanıb. Avtosfer.az xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbəsindəki binalardan birinin həyətində xidmət aparan polislərin hərəkəti vətəndaşlar tərəfindən kameraya çəkilib. Belə ki, eyvandan yüksək səslə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bunu görən hərbiçilər sıra ilə düzülərək hərbi salam veriblər. Eyni zamanda avtomobildə əyləşmiş polislər maşından düşərək fərəqət duruşu alaraq hərbi salamla himnimiz sona çatana qədər dayanıblar. Görüntüləri təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man