Bakıda yol polisi yaralı qadına kömək etdi - VİDEO

İctimai nəqliyyat 07 İyun 2020 | 00:07
OXUNUB: 5476

Bakıda polis əməkdaşları yaralı qadına kömək ediblər.  Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. 

Ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları yaralı qadına ilkin təcili yardım göstərməklə xəstəxanaya çatdırıblar.

Məlumata görə, qadın mətbəxdə qab yuyarkən sınan şüşə onun qoluna batıb və damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onun qolunu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq, ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.

Hazırda qadının vəziyyəti yaxşıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man