Rusiyanın Tula şəhərində avtomobilin yaşlı qadını vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 6-da “Lenin” prospektində qeydə alınıb.
Kadrlarda, yaşlı qadının yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçdiyi və bu zaman hərəkətdə olan avtomobilin onu vurduğu görülür.
Yerli KİV-in məlumatına görə, qəza nəticəsində təqaüdçü qadın yüngül xəsarətlər alıb.
Yol Patrul Xidmətinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man