Sükan arxasında qarpız yeyib, təsbeh çevirən sürücü – VİDEO

Nəqliyyat TV 06 İyun 2020 | 15:42
OXUNUB: 1912

Türkiyənin İstanbul şəhərində yolda təhlükəli manevrlər edərək qucağında qarpız yeyə-yeyə mikroavtobus idarə edən sürücünün görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə müxtəlif zamanlarda “D-100” avtomagistralında qeydə alınıb.

Kadrlarda, sürücünün yol hərəkəti qaydalarını pozaraq “100”lük yolda 176 kilometr sürətlə irəlilədiyi və sükan arxasında gah qarpız yediyi, gah da təsbeh çevirərək digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdığı görülür.     

Çəkdiyi videoları sosial şəbəkə hesabından yayımlayan sürücü, dünən etdiyi canlı yayımda bir sonrakı çəkəcəyi videosunu şərh edərək izləyicilərindən “bəyənmə” istəyib.

Bəzi izləyicilərin göndərdiyi, “xuliqanlıq eləmə”, “insanların canını təhlükəyə atma” ismarıclarına məhəl qoymayan sürücü, canlı yayımda “Cəza gəlir, qardaşım, qoy gəlsin, problem yoxdur. Dövlətimiz göndərsin. 5500 lirə bir şey deyil” - sözlərini söyləyib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man