Şəxsi avtomobildə maska taxılmalıdır? - RƏSMİ AÇIQLAMA

İctimai nəqliyyat 06 İyun 2020 | 13:35
OXUNUB: 8030

Şəxsi avtomobildə maskadan istifadə etməməyə görə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmur.

Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da deyib:

“Nazirlər Kabinetinin 189 nömrəli qərarında qeyd olunur ki, şəhərlərarası, rayonlararası və şəhərdaxili, eləcə də rayondaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin tibbi maskadan istifadə etmələri mütləqdir. Şəxsi avtomobildə maskanın istifadə edilməsinə ehtiyac yoxdur və bu, heç bir inzibati məsuliyyət yaratmır. Ola bilər ki, mən öz avtomobilimdə hərəkət edirəmsə, iş yoldaşım mənimlə eyni vaxtda yanımda gedirsə, maskadan istifadə edə bilərəm. Çünki o, mənim ailə üzvüm deyil. Öz sağlamlığım üçün tibbi maskadan istifadə edə bilərəm”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man