Sərxoş sürücü solu sağla səhv salıb piyadaları vurdu - VİDEO

Nəqliyyat TV 05 İyun 2020 | 17:27
OXUNUB: 1996

Rusiyanın İvanov şəhərində sərxoş sürücü avtomobillə bir neçə piyadanı vurub. Avtosfer.az xəbər verir ki, hadisə “Suxovo-Deryabixsk” mikrorayonunda qeydə alınıb.

Məlumata görə, əsas yoldan ikinci dərəcəli yola manevr edən avtomobilin sürücüsü, solu sağla səhv salaraq səkidə irəliləyən qadını, iki uşağını və bir kişini vurub. Qəza nəticəsində kişiyə hadisə yerində ilkin tibbi yardım göstərilib. Ana və onun 7 yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Əl arabasında olan yaş yarımlıq körpə isə heç nə olmayıb.

Polisin bildirdiyinə görə, qəza törədən avtomobilin sürücüsü sükan arxasında sərxoş olub.

Onun barəsində inzibati qaydada 3 protokol tərtib edilib. Avtomobil isə cərimə meydançasına aparılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man