Bakı şəhər Dövlət Yol Polisi İdarəsi həftəsonu tətbiq olunacaq sərt karantin rejimi ilə bağlı açıqlama verib. İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə əlaqədar olaraq 8 iyul səhər saat 6-ya qədər Bakı şəhərinin inzibati ərazisinə düşən küçə və prospektlər üzrə hərəkət qərarda nəzərdə tutulmuş qaydada tətbiq ediləcək.
"Bununla əlaqədar yol polisi tərəfindən nəzarət gücləndirilir. Tələblər pozulduğu təqdirdə həmin faktlar üzrə müvafiq tədbirlər görüləcək. Vətəndaşlardan xahiş edirik ki, Operativ Qərargah tərəfindən nəzərdə tutulmuş tələblər yerinə yetirilsin. Eyni zamanda hərəkət etmək üçün icazə verilən şəxslər qoruyucu vasitələrdən istifadə etsinlər. Xahiş edirik ki, özünüzü qoruyun."
Musa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man