Bakıda "Lada" və "KİA" idarəetmədən çıxaraq qəzaya uğradı, 3 yaralı - FOTO

Yol qəzaları 05 İyun 2020 | 01:33
OXUNUB: 2496

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Yeni Ramana qəsəbəsində 10-XC-992 dövlət nömrə nişanlı, VAZ-21099 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil qarşıdan gələn 99-DL-718 dövlət nömrə nişanlı “Kia Rio” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-21099-da olan qadın sərnişin xəsarət alıb. Həmçinin sürücü zərbənin təsirindən deformasiyaya uğramış avtomobilin sükanına sıxılıb. O, ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb.

 

Qəza nəticəsində eləcə də digər avtomobilin də sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı VAZ-21099-da azyaşlılar da olub. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man