Rumınyada pinəçi Qriqor Lup insanların sosial məsafəyə əməl etməməsinə görə yeni ayaqabı modeli hazırlayıb.
Avtosfer.az “MediaPost”a istinadla xəbər verir ki, onun hazırladığı ayaqqabının uzunluğu 75 sm-dir.
1 kvadratmetr dəridən hazırlanan və iki günə başa gələn ayaqqabıların qiyməti 115 dollar təşkil edir.
“Həyətimə bitki almaq üçün marketə getdim. Orada çox insan yox idi, ancaq bir-birlərinə get-gedə çox yaxınlaşırdılar. Əgər bu ayaqqabıdan geyinən iki nəfər yaxınlaşarsa, aralarında təxminən 1.5 metr məsafə olacaq”,- deyə pinəçi söyləyib.
G.Lup artıq 5 nəfərin sözügedən ayaqqabıdan sifariş verdiyini bildirib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man