1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəal üzvü Ağa Şeydayev Böyük - böyük danış adlı natiqlik yarışında "Böyüklərə Tövsiyyələr" (yol hərəkəti qaydalarına aid) mövzusunda çıxışına görə qalib olub. Bu barədə Mərkəzin əməkdaşı Fəridə Süleymanova Avtosfer.az-a məlumat verib.
Qeyd edək ki, Mərkəzin üzvləri yol hərəkəti haqqında qaydaları həm özləri öyrədir, həm də geniş şəkildə təbliğ edirlər. Bunula da uşaqlarda bu sahəyə maraq erkən yaşlarından oyadılır.
Avtosfer.az adından balaca "yol polisi"ni təbrik edir, ona gələcəkdə uğurlar arzulayırıq.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man