Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.
Qəza zamanı “VAZ 2106” və “Niva” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1963-cü il təvəllüdlü Hümbətov Rafiq və onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Hümbətova Təranə dərhal xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man