Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az Oxu.Az-a istinadən məlumat verir ki, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığından keçən hissəsində baş verib.
TIR yük maşını ilə “Hyundai” markalı, 90 LX 508 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qəza Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən “Ekologiya postu”na qədər olan hissəsində tıxacın yaranmasına səbəb olub.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər davam edir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man