Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobili ilə toqquşan miniven iki hissəyə ayrılıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, “Mercedes” markalı minvenin sürücüsü yol hərəkəti qaydalarına riayət etməyərək qəfil manevr etmək istədiyi və bu zaman eyni istiqamətdə yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin ona çırpıldığı görülür. Zərbənin təsirindən minivenin iki hissəyə bölünür. Sürücü metrlərlə yolda sürükləndi.
Yerli KİV-in bildirdiyinə görə, “Mercedes”in sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man