Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılacaq

İctimai nəqliyyat 02 İyun 2020 | 20:08
OXUNUB: 1396

Azərbaycanda “Yol Polisinə dəstək” qruplarının yaradılması, könüllülərin iştirakı ilə insanların kütləvi toplaşdığı, fəaliyyət göstərdiyi məkanlarda (konsert-sərgi salonları, idman yarışlarının keçirildiyi arenalar, kinoteatr şəbəkələri, kitabxanalar, iri istehsal və iaşə müəssisələri və s.) yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasının təşkil edilməsi, kütləvi informasiya vasitələrini cəlb etməklə belə tədbirlərin ictimailəşdirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Bununla bağlı icraçı qurumlar olaraq Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Avtomobil Federasiyası müəyyənləşib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man