Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işiq dirəyinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi zərər dəyib.
İlkin məlumata görə, hadisəyə avtomobil hərəkətdə olan zaman qarşısına azyaşlının çıxması səbəb olub. Bu zaman sürücü idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.
Faktla bağlı araşdırma aparılır. ("Report")
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man