Yol polisi buna görə sürücüləri daha cərimələməyəcək - VİDEO

Nəqliyyat xəbərləri 02 İyun 2020 | 10:00
OXUNUB: 13091

Bakı-Sumqayıt yolunda hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, əvvəllər Bakı-Sumqayıt yolunun üzü Xırdalan dairəsi istiqamətinə olan hissəsində (Ekologiya postunun qarşısında) sağdakı iki zolaq ancaq sağa-Sulutəpə dairəsi istiqamətinə hərəkət edən nəqliyyat vasitələri üçün təşkil edilmişdi. Bəzən sağ zolaqlarla hərəkət edən sürücülər Sumqayıt istiqamətinə getmək üçün sol zolağa yerdəyişmə edərkən 1.1 xəttinin tələbini pozurdular. Bu zaman yol polisi tərəfindən həmin sürücülərə cərimə yazılırdı. 


Adıçəkilən yolda genişləndirmə işləri aparıldıqdan sonra qeyd olunan yerdə hərəkətin təşkilinə dəyişiklik edilib. Dəyişiklikdən sonra sağdakı iki zolaq da daxil olmaqla bütün zolaqlardan düzünə- Xırdalan dairəsi və Sumqayıt şəhəri istiqamətinə hərəkət təşkil edilib. Bundan sonra oradan düzünə hərəkət edən sürücülər cərimələnməyəcək.

Bu dəyişiklik Azərbycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib.
Agentlik bu dəyişikliyi sürücülərin rahatlığı və təhlükəsizliyi üçün edib.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man