İnquşetiya Respublikasında yerli biznesmen avtomobilində naməlum şəxs tərəfindən güllələnərək qətlə yetirilib. Avtosfer.az xəbər verir ki, insident “Qafqaz” Federal avtomagistralında qeydə alınıb. Bu barədə “RenTV” telekanalı məlumat yayıb.
Məlumata görə, naməlum cinayətkar “Lada Granta” markalı avtomobillə, Nazranovsk rayonunun Yandare kəndində yaşayan 41 yaşlı sürücünün idarə etdiyi “Chevrolet” markalı minik avtomobilinə yaxınlaşaraq avtomatdan atəş açmağa başlayıb. Cinayətkar onun öldüyündən əmin olduqdan sonra hadisə yerini tərk edib.
Nəticədə 41 yaşlı sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.
Hazırda faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man