Təkərlərin qaralması ilə bağlı 2 tövsiyə: təraş köpüyü və "Pepsi" - FOTO

Nəqliyyat xəbərləri 31 May 2020 | 08:12
OXUNUB: 3696

Avtomobil sahiblərinin kiçik bir hissəsi, əsasən avtomobilləri yenidən satan insanlar arasında "Pepsi" və ya təraş köpüyü ilə şinləri qaralda biləcəyinə dair fikirlər var. Avtosfer.az xəbər verir ki, bu iki üsulun nə qədər işlək olduğunu yoxlamaq üçün sadəcə aşağıda qeyd olunanları oxuyun.

Edəcəyiniz ilk şey təkərləri təraş köpüyü ilə qaraltmaqdır. Ancaq təraş köpüyünü tətbiq etməzdən əvvəl təkərləri hər hansı bir təmizləyici vasitə ilə su qarışığı olan qatqı ilə yumaq lazımdır.

Bundan sonra təkərlərin çöl hissəsinə bir az köpük yaxırsız və köpüyün görünən hissəsi tamamilə yoxa çıxana qədər onu bir parça ilə sürtməyə başlayın.

Gəlin, alınan nəticəyə baxaq.

Yuxarıdakı fotoşəkildə təkərin təmizləyici vasitə ilə yuyulduqdan sonra necə göründüyü, aşağıda göstərilən fotoşəkildə isə təraş köpüyü tətbiq edildikdən sonra təkərin necə göründüyü göstərilib.

Məncə, təraş üçün köpük təkərin qaralmasında əla nəticə verdi, burada təkərlərin xarici tərəfində tutqun qara rəng parlaq şəkildə görünür.

Təkərləri "Pepsi"nin köməyi ilə qaraldırmağın ikinci üsuluna keçirəm.

İndi həmin təkərə "Pepsi" ilə isladılmış təmiz parçanı sürtürük.

Yuxarıdakı və aşağıdakı fotoşəkildə "Pepsi" ilə təkərləri qaraltdıqdan sonra alınan nəticə göstərilir. Təkərin xarici hissəsi içki ilə parlaq qara rəng əldə etdi.

Nəticə: Mənim fikrimcə təraş köpüyü, "Pepsi" ilə müqayisədə təkərləri qaraltmaq üçün daha uyğundur.

 

"Pepsi" emal etdikdən sonra daha parlaq qara rəng alınsa da, tamamilə qəbuledilməz bir yapışqan oldu.

 

Natiq Nazimoğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man