Maşının kondisionerinə harada gəldi qaz vurdurmayın - SƏBƏB? - VİDEO

Nəqliyyat TV 30 May 2020 | 00:02
OXUNUB: 3015

Havaların isinməsi avtomobil kondisionerlərinə qulluq məsələsini aktuallaşdırıb. Artıq əksər sürücülər kondisioneri işlək vəziyyətə gətirmək üçün ustalara üz tutmağa başlayıblar. Avtosfer.az-ın məlumatına görə, mütəxəssislər tövsiyə edir ki, sürücülər harada gəldi avtomobilin kondisionerinə qaz vurdurmasınlar. Xüsusi ilə tərəzi deyilən üsulla kondisionerə qaz vurdurmaq məsləhət deyil. Bu, kustar üsul sayılır və avtomobilin kondisioner sistemini tez sıradan çıxara bilər. İndiki dövrdə xüsusi avadanlıqlar vasitəsi ilə bu sistemə qulluq etmək lazımdır.

Usta Cavidan Muradov deyib ki, hər bir avtomobilin markası bu sistemdə qeyd edilir. Bundan sonra həmin avtomobilin kondisioner sisteminə nə qədər qazın və yağın lazım olduğu müəyyən edilir. Qazın 100 qramı isə 5 manata satılır.

Usta onu da qeyd edib ki, salonda olan filtirlərə də tez-tez qulluq edilməlidir. Həmin filtirlər ən azı ayda 1 dəfə təmizlənməli, 2 ildən bir isə dəyişdirilməlidir. Bu filtirlərin qiyməti isə 10-15 manat arasında dəyişir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man