PSJ-nin qapıçısı “Lamborghini”i ilə qəzaya düşdü - FOTO

Yol qəzaları 29 May 2020 | 16:00
OXUNUB: 1109

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubunun 20 yaşlı qapıçısı Marçin Bulka Polşada yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 28-də axşam saatlarında Vışoqrud şəhəri yaxınlığında baş verib.  Bu barədə “L’Équipe” məlumat verib.

Məlumata görə, 20 yaşlı qapıçı idarə etdiyi “Lamborghini” markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirən zaman qəfildən sükan idarəetməsini itirib və bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.

Bildirilir ki, qəza nəticəsində futbolçuya heç nə olmayıb, ancaq “Hyundai”ın sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man