Türkiyənin Adana vilayətində kənd təsərrüfatı işçilərini daşıyan iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istindən xəbər verir ki, qəza Yüreğir rayonunda qeydə alınıb.
Məlumata görə, İbrahim A.-nın idarə etdiyi 80 LC 146 qeydiyyat nömrə nişanlı “İSUZU” markalı avtobus, qovşaqda Həşim S.-nin idarə etdiyi 01 AHN 44 qeydiyyat nişanlı eyni adlı avtobusla toqquşub. Zərbənin təsirindən İbrahim A.-nın idarə etdiyi nəqliyyat vasitəsi aşıb.
Qəza nəticəsində yaralanan 12 nəfər xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man