Şəmkir-Gədəbəy avtomobil yolunda yol qəzası baş verib. Hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Nəticədə 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. ("Report")