Yüksək sürət qəzaya səbəb oldu - VİDEO

Nəqliyyat TV 26 May 2020 | 20:00
OXUNUB: 1994

Rusiyanın Çelyabinsk şəhərində yüksək sürət yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə “Molodoqvardeyçev” küçəsi ilə “Komsomol” prospektinin kəsişməsində baş verib.

Videoqeydiyyat tərəfindən qeydə alınan kadrlarda, “Honda Civic” markalı avtomobilin birinci zolaqda sürətlə hərəkətdə olduğu və qarşısında avtomobilin dayandığını son anda fərq edərək əks zolağa çıxaraq motosikletlə toqquşduğu görülür. Zərbənin təsirindən motosikletli sürüklənərək gümüşü rəngdə minik avtomobilinə, motosiklet isə “Nissan”a çırpılır.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində 30 yaşlı motosiklet sürücüsü ilə “Nissan”ın qadın sürücüsü xəsarətlər alıblar.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man