Narkotikin təsiri altında "avtoşluq" edən sürücü həbs edildi - FOTO

İctimai nəqliyyat 26 May 2020 | 15:21
OXUNUB: 3701

Dünən günorta saatlarında paytaxtın Neftçilər prospektində üzərində taksi tanınma nişanı olan, 99 PC 937 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtoxuliqanlıq hərəkətləri edib. 
Dövlət Yol Polisi əməkdaşlarının saxla əmrinə tabe olmayan sürücü təhlükə yaradıb. Sonda yol polisi sürücünü saxlamağa nail olub. Tibbi müayinə zamanı sürücü Elşən Dilqəm oğlu Ağalarovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən olunub. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmə sürücü Elşən Ağalarovu İnzibati Xətalar Məcəlləsinin 333.1, 535.1 və 511.1-ci maddələri ilə təqsirli bilərək sürücülük hüququ bir il məhdudlaşdırılmaqla 30 gün müddətində inzibati qaydada həbsə məhkum edib.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man