Çin bu ilin iyulunda Marsa tədqiqat missiyası göndərməyi planlaşdırır. Çinin kosmik agentliyi Qırmızı planetin orbitinə zond yola salacaq. Daha sonra Marsın səthinə uzaqdan idarə olunan aparat endiriləcək. Bu, Çinin Marsa ilk missiyası olacaq. Orbital zond və aparat Marsın səthində tədqiqatlar və təhlillər aparacaq.
Qeyd edək ki, ötən ilin yanvarında Çin ilk dəfə Ayın əks tərəfinə tədqiqat missiyası göndərib. (Trend)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man