Avtodayanacaqdan “Toyota”nı evakuatorla qaçırdılar; polis dərhal yaxaladı - VİDEO

Nəqliyyat TV 25 May 2020 | 15:22
OXUNUB: 1399

Rusiyanın Sankt-Peterburq şəhərində avtodayanacaqdan evakuatorla avtomobil qaçıran şəxslər saxlanılıb. Avtosfer.az xəbər verir ki, insident Murmansk şosesində yerləşən iri ticarət mərkəzlərinin birinin avtodayanacağında yaşanıb.

Məlumata görə, səhər saatlarında dayanacağa gələn 23 yaşlı sürücü orada park etdiyi “Toyota Chaser” markalı avtomobilini tapa bilməyib. Bundan sonra avtomobil sahibi polisə məlumat verib. Dərhal hərəkətə keçən polis əməkdaşları avtodayanacaqdakı və şəhər təhlükəsizlik kameralarını araşdıraraq evakuatorun sahibinin 30 yaşlı şəxs olduğunu müəyyən ediblər.

Təxminən saat yarımdan sonra üstündə “Toyota”nın olduğu evakuator, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən “İrinovsk” prospektində saxlanılıb. Nəqliyyat vasitələri sürücü və sərnişin kreslosunda əyləşən 24 yaşlı sərnişinlə birgə bölməyə gətirilib.  

Hazırda faktla bağlı “oğurluq” maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man