Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü Qasımov Fazil Qənaət oğlu və qızı, 1988-ci il təvəllüdlü Qasımova Şahzadə Fazil qızı muxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.