May ayının 21-i, axşam saatlarında Yasamal rayonu ərazisində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücünü saxlayıblar.
Avtosfer.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Mənsimov Akif Məhərrəm oğlu yol polisinə tabe olmayaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib. Polisin qanuni tələblərinə tabe olmayan sürücü saxlanılaraq barəsində toplanmış materiallar aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 334, 510 və 535-ci maddələri ilə təqsirli bilinərək sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 30 gün müddətində inzibati qaydada həbs edilib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man