Türkiyədə “Renault” elektrik dirəyinə çırpıldı:3 nəfər yanaraq öldü - FOTO

Yol qəzaları 23 May 2020 | 15:50
OXUNUB: 2067

“Türkiyədə Trabzonun Of rayonunda bir Azərbaycan vətəndaşı yaralanıb, hazırda onun həyati təhlükəsi yoxdur”. Bu məlumatı APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfriliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı bildirib. E.Süleymanlı deyib ki, hadisə barədə məlumat yayıldığı ilk andan etibarən səfirlik araşdırmalar aparıb, həm Of jandarması, həm Of xəstəxanası ilə əlaqə yaradıb, lakin məlum olub ki, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur: “Həyatını itirənlərdən ikisi Əfqanıstan, biri isə Türkiyə vətəndaşıdır. Yaralanan Azərbaycan vətəndaşı isə Trabzondakı Fərabi xəstəxanasına yerləşdirlib. Onun alt çənə sümüyü qırılıb, xəstəxana şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Türkiyənin “Hürriyet” qəzeti Of-Çaykara yolunda baş verən avtomobil qəzasında  Azərbaycan əsilli 3 çay işçisinin yanaraq ölməsi haqqında məlumat yayıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man