Məşhur Fransız aktyoru Vensan Kassel qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 20-də ölkənin cənub-qərbində yerləşən Arboni kəndində qeydə alınıb. Bu barədə “The Mirror” nəşri məlumat yayıb.
Məlumata görə, hərəkətdə olan maşın sənətçinin idarə etdiyi skuterə çırpılıb. Qəza nəticəsində aktyor yıxılaraq başından və üzündən xəsarətlər alıb. O, ambulansla xəstəxanaya çatdırılıb.
Bu gün Kassel, “İnstaqram” hesabından, "Mən sağam. Təşəkkür edirəm", - sözlərini yazıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man