Əks zolağa çıxan “07” “Niva” ilə toqquşdu; 3 nəfər öldü - FOTO

Yol qəzaları 22 May 2020 | 19:52
OXUNUB: 1276

Rusiyanın Voronej əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 22-də “Kursk”–“Saratov” avtomagistralının 330-cu kilometrliyində qeydə alınıb. Bu barədə Rusiya DİN-nin regional qrupunun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, 79 yaşlı sürücü idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, sükan idarəetməsini itirərək yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn “VAZ-2121” markalı “Niva” ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107”dəki sürücü və onun 81 yaşlı həyat yoldaşı, “VAZ-2121”in sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man