Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonunda yerləşən "Ağ şəhər"də qeydə alınıb.
Qəza nəticəsində 2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç və 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
E.Almazova onurğanın əzilməsi, F.İsgəndərova isə sağ bud sümüyünün sınığı diaqnozları qoyulub. ("Report")
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man