Daxili İşlər Nazirliyi (DİN) Gədəbəydə baş verən yol qəzası ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 20-də saat 10 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi “NazLifan” və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən E.Məmmədov orada ölüb.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man