Sürətli yolda nasaz vəziyyətdə qalan avtomobil digər sürücülərə təhlükəli anlar yaradıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, xarici ölkələrin birində qeydə alınan videodan görünür ki, avtomobil sürətli zolaqların birində nasaz vəziyyətdə qalıb. Videonu qeydə alan sürücü qarşıda hərəkətdə olan yük avtomobilini ötən zaman qəfildən qarşısısına həmin nasaz avtomobil çıxır. Sürücü dəhşətli qəzadan son anda yayına bilib.
Buna oxşar hadisə bir müddət əvvəl paytaxtın Heydər Əliyev prospektində də baş verib. Prospektlə hərəkət edən "Lexus" markalı avtomobil, sürətli zolaqda nasaz vəziyyətdə qalan "Mercedes" marakalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes"də olan 12 yaşlı uşaq dünyasını dəyişib.
Hərəkətdə olan zaman avtomobildə qəfildən nasazlıq baş verərsə maksimum yolun sağ kənarına çəkmək lazımdır. Əgər bu alınmazsa, sürücü öncə qəza dayanma işıq siqnallarını qoşmalı və təhlükəsiz şəkildə avtomobili tərk edərək başqa şəxslərin köməyi ilə avtomobili yoldan kənara çıxarmalıdır.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man