Cərimələri ödəməyənlərin əmlaklarına həbs qoyula bilər - XƏBƏRDARLIQ - VİDEO

İctimai nəqliyyat 21 May 2020 | 00:45
OXUNUB: 2124

Aprel ayının 1-dən bu günə qədər ölkə ərazisində xüsusi karantin qaydasını 55 mindən çox yol hərəkət iştirakçısı pozub. Bu barədə məlumatı Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O, cərimələri ödəməyən şəxsləri hansı məsuliyyətin gözlədiyini də açıqlayıb. Bildirib ki, ölkədə xüsusi karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr istənilən halda ödənilməlidir. Əks halda nəticə daha ağır ola bilər.

Qeyd edək ki, bu qaydanı pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci, yəni ''Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması'' maddəsi ilə 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar. Bəziləri ödəməyəcəyini, bəziləri isə cərimələrin silinəcəyini düşünürlər.

Kamran Əliyev buna da aydınlıq gətirib.

Cərimə olunan şəxs müəyyən olunmuş müddətdə ödəmədiyi halda, öncə onun aylıq əmək haqqına yönəldilir və əməkhaqqından tutulur. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, həmin cərimə məbləği şəxsin işsizlik müavinətindən tutulur. Bunların heç biri olmadıqda isə cərimə edən orqan həmin şəxs barəsində ərazi məhkəmə orqanına müraciət edir və ölkədən çıxışına qadağa qoyulmasını istəyir. Qanunverici orqan da həmin müraciəti təmin edir, şəxsin ölkədən çıxışına qadağa qoyur.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man