Kürdəmirdə avtomobil velosipedçini vurub. Hadisə rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb.
Beləki, Göyçay rayon sakini, 31 yaşlı Kərimov Kərim Aydın oğlu "Volkswagen" markalı avtomobillə hərəkətdə olarkən qəfildən onun qarşısına çıxan velosipedçi, 2006-cı il təvəllüdlü Vəliyev Səməndər Səbuhi oğlunu vurub. Nəticədə yeniyetmə müxtəlif dərəcədə bədən xəsarətləri alıb və Kürdəmir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər xəstəyə sol qolun sınığı diaqnozu qoyublar.
Fakt araşdırılr. (”Report”)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man