Yol polisi rəisinin qəzaya düşdüyü anın - VİDEOsu üzə çıxdı

İctimai nəqliyyat 20 May 2020 | 14:35
OXUNUB: 2822

Rusiyada Çelyabinsk vilayətinin Yol Polis İdarəsinin rəisi Andrey Xarçızov qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Çelyabinsk – Xarluşi avtomagistralının 3-cü kilometrliyində qeydə alınıb. Qəza anı başqa bir avtomobilin videoqeydiyyatı tərəfindən görüntülənib.

Kadrlarda, Andrey Xarçızovun idarə etdiyi gümüşü rəngdə “Toyota Land Cruiser” markalı avtomobilin yolun sol zolağı ilə hərəkət etdiyi və qəfildən yolun sağında xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşlarının yaxınlığında əyləcə basdığı görülür.

Bundan bir neçə saniyə sonra isə arxadan gələn “Nissan X-Trail” “Toyota”ya çırpılır.

Zərbənin təsirindən idarəetmədən  çıxan “Nissan” yol kənarında park edilmiş “Lada”ya dəyir.

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, qəzaya “Nissan”ın sürücüsü səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man