Sərxoş qadının idarə etdiyi “07” motosikletlə toqquşdu;2 uşaq öldü, ata və ana xəsarət aldı - FOTO

Yol qəzaları 19 May 2020 | 09:22
OXUNUB: 1265

Rusiyanın Altay diyarında sərxoş qadın sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə “Bıstrıy İstok” – “Verx Ozernoe” avtomagistralının 6-cı kilometrliyində qeydə alınıb. Bu barədə mayın 19-da Rusiyanın Daxili İşlər Nazirliyinin Regional qrupundan məlumat verilib.   

Məlumata görə, 26 yaşlı qadın idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib və qarşı yoldan gələn 17 yaşlı sürücünün idarə etdiyi lyuklu motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin lyukunda olan iki uşaq (10-11 yaşlarında) dünyasını dəyişib, motosikletli və onun həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bildirilir ki, “VAZ”-ın 1994-cü il təvəllüdlü qadın sürücüsü sükan arxasında sərxoş olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man